Mask qaş düzəltdiyi yerdə göz çıxartdı


Digərləri 05 Apr 2018 08:45:00 226 0

Mask qaş düzəltdiyi yerdə göz çıxartdı

Aprelin 2-də Nyu York fond birjasındakı ticarət sessiyası zamanı "Tesla" şirkətinin səhmləri 5%-dən çox ucuzlaşıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, səhmlər gün ərzində 13 dollardan çox ucuzlaşaraq hər səhm üçün 252,48 dollar təşkil edib.

"The Financial Times" nəşri investorların əhval-ruhiyyəsinə təsir göstərən əsas amillər kimi "Tesla" elektromobilinin törətdiyi qəza ilə bağlı dövlət tənzimləyicisi tərəfindən şirkətə xəbərdarlıq edilməsini, eləcə də şirkətin yeni kapital cəlb edə biləcəyinə olan şübhələri göstərir. Ötən cümə günü "Tesla" xəbər verib ki, onun "Model X" avtomobili martın 23-də Kaliforniyada avtopilot rejimində qəza törədib, nəticədə sürücü ölüb. Nəqliyyatda təhlükəsizlik üzrə Milli Şura şirkəti aparılan təhqiqat barədə məlumatı yaymaqda günahlandırıb. Halbuki araşdırma gizli saxlanılmalıdır.