Bakıda marketin önündə bıçaqlandı


Digərləri 05 Apr 2018 08:48:00 190 0

Bakıda marketin önündə bıçaqlandı

Hadisə UPD kimi tanınan yaşayış massivində qeydə alınıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Qasımov Elşad Mirkərim oğlu "UPD" kimi tanınan yaşayış massivindəki "Rövşən" marketin önündə tanışı ilə əlbəyaxa dava edib.

Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.