Xırdalanda gənc oğlan intihara cəhd edib


Digərləri 05 Apr 2018 08:38:00 241 0

Xırdalanda gənc oğlan intihara cəhd edib

Abşeron rayonunun Xırdalan şəhərində gənc oğlan intihara cəhd edib.

"Report" xəbər verir ki, 1997-ci il təvəllüdlü Hüseynov Gülağa Rövşən oğlu naməlum şəraitdə özünə bıçaqla zərbə vurub.

O, qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Yaralı "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.