Samsung yeni noutbuklarını təqdim etdi


Digərləri 05 Apr 2018 08:01:00 244 0

Samsung yeni noutbuklarını təqdim etdi

"Samsung Electronics" şirkəti yeni "Notebook 3" və "Notebook 5" noutbuklarını təqdim edib.   Son.az ICTnews-a istinadən bildirir ki, "Samsung Notebook 3" 14 və 15 düymlük diaqonala malik versiyalar olmaqla 4 rəng variantında təklif edilir. "Samsung Notebook 5" isə titan rəngli metal korpusla təchiz edilmiş 15 düymlük modeldir.   Hər iki model səkkizinci nəsil dördnüvəli "Intel Core" prosessoru, "NVIDIA MX150" qrafikası, DDR4 əməli yaddaşı, SSD+HDD ikiqat daşıyıcıları ilə təchiz ediliblər.   "Samsung Notebook 3" noutbukunun versiyaları müvafiq olaraq 1,66 və 1,97 kq ağırlığındadır," Samsung Notebook 5" qurğusunun çəkisi isə 1,97 kq-dır. Cari ilin ikinci rübündə bu noutbuklar Çin və Braziliya daxil olmaqla digər regionlarda əlçatan olacaq.