Rusiyanın Primorye diyarında bəbirlərin sayı 84 fərdə çatıb


Dünya 05 Apr 2018 07:16:16 288 0

Rusiyanın Primorye diyarında bəbirlərin sayı 84 fərdə çatıb

Ötən il ərzində artım 14 fərd təşkil edib

Rusiyanın Primorye diyarında yerləşən milli parkda 2017-ci il ərzində bəbirlərin sayı 14 fərd artaraq 70-dən 84-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə "Bəbir torpağı" milli parkının əməkdaşı Qleb Sedaşa istinadən TASS məlumat yayıb.

"Fotomonitorinqin nəticələrinə görə deyə bilərik ki, bu gün "Zemlya leoparda" milli parkı ərazisində 84 böyük fərd var. Bu, ilk növbədə həm bəbirlərin özlərinin, həm də onların qidalandığı dırnaqlıların mühafizəsi sayəsində mümkün olub", — deyə o bildirib.