Boks üzrə Azərbaycan çempionu öz ad günündə bıçaqlanıb


Sosial 05 Apr 2018 06:58:13 250 0

Boks üzrə Azərbaycan çempionu öz ad günündə bıçaqlanıb

Hadisə T.Abdullayev restoranda doğum gününü qeyd edən zaman olub

Bakının Nəsimi rayonu ərazisində boks üzrə Azərbaycan çempionu bıçaqlanıb.

"Report" xəbər verir ki, 1992-ci il təvəllüdlü Abdullayev Tamerlan Namiq oğlu iaşə obyektlərinin birində öz doğum gününü qeyd edib.

Həmin vaxt o, restoranda tanımadığı şəxslə mübahisə edib və restorandan bayıra çıxarılaraq bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. T.Abdullayev cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırır.

T.Abdullayev IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları üzrə 69 kq. çəki dərəcəsində gümüş medal qazanıb. İdmançı, o cümlədən 2013-cü il boks üzrə Avropa çempionatında 1/4 finala çıxıb. 2013-cü ildə isə 69 kq. çəki dərəcəsində boks üzrə ölkə çempionu adına layiq görülüb.