Tbilisidə “Caspian Energy Forum-2018” beynəlxalq konfransı keçiriləcək


İqtisadiyyat 04 Apr 2018 23:32:04 310 0

Tbilisidə “Caspian Energy Forum-2018” beynəlxalq konfransı keçiriləcək

Forumda 300-dən çox nümayəndənin iştirakı gözlənilir

Aprelin 18-də Tbilisidə “Caspian Energy Forum-2018” beynəlxalq konfransı keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan və Gürcüstan hökumətləri və “Caspian European Club”un dəstəyi ilə keçiriləcək forumda 300-dən çox nümayəndənin iştirakı gözlənilir.

Tədbirə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, eləcə də Xəzər və qara dəniz hövzələri və Baltik regionu ölkələrinin dövlət və hökumət rəsmiləri ilə yanaşı, Tbilisidəki diplomatik korpusun və digər beynəlxalq təşkilatların nümayəndələri dəvət olunublar.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili forumu açdıqdan sonra tədbir qarşılıqlı müzakirələrlə davam edəcək.