Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib


Digərləri 04 Apr 2018 23:31:00 244 0

Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

Mingəçevirdə köməksiz vəziyyətdə qalan 1 azyaşlı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.