İnkişafına yeni texnologiyaların təkan verdiyi xəstəlik


Digərləri 04 Apr 2018 22:49:00 246 0

İnkişafına yeni texnologiyaların təkan verdiyi xəstəlik

Mütəxəssis deyir ki, beyni qıcıqlandıran energetik içkilər epilepsiyanın yaranma səbəblərindəndir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Dünyada ən çox yayılmış nevroloji xəstəliklərdən olan epilepsiyadan Azərbaycanda 60 minə yaxın insan əziyyət çəkir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər il dünyada 2,5 milyon insanda epilepsiya xəstəliyi aşkar edilir. Beynin xroniki xəstəliyi olan epilepsiya bütün bədəndə və ya bədənin hansısa hissəsində qısamüddətli, təhrik olunmamış qıcolmalar şəklində meydana çıxır. Müxtəlif ölkələrdə əhalinin hər 100 min nəfəri arasında 20-53, inkişaf etməkdə olan ölkələrdə 100-190 epilepsiyaya tutulma halına rast gəlinir. Hazırda dünyada 50 milyondan çox insan epilepsiyadan əziyyət çəkir.