Azərbaycan-Hindistan Müştərək Komissiyanın iclası keçiriləcək


Siyasət 04 Apr 2018 22:47:40 275 0

Azərbaycan-Hindistan Müştərək Komissiyanın iclası keçiriləcək

İclas cari ilin may ayına nəzərdə tutulub

Bu ilin may ayında Azərbaycan və Hindistan ikitərəfli Müştərək Komissiyasının iclası keçiriləcək.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Hindistanın xarici işlər naziri xanım Suşma Svaraj ilə birgə mətbuat konfransında deyib.

"Həmkarımla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş geniştərkibli görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət, elm, turizm, əczaçılıq kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik. İkitərəfli Müştərək Komissiyanın iclasının bu ilin may ayında keçirilməsi ilə bağlı Hindistan tərəfinin təklifinə razılığımızı bildirdik", - deyə o bildirib.