Sağlam həyat tərzinin formulu: Gündə 1 litr su və 10 min addım


Digərləri 04 Apr 2018 22:25:00 293 0

Sağlam həyat tərzinin formulu: Gündə 1 litr su və 10 min addım

Xüsusən yaz fəsli öncəsi insanların sağlam həyat tərzi ilə bağlı arzuları güclənir. Hər kəs gündə nə qədər addım atmanın, nə qədər gəzmənin, nə qədər su içmənin vacibliyi barədə araşdırmalar aparır. Yazqabağı idman zallarına gedənlərin sayı artdığı kimi əlində su şüşələri ilə gəzənlərin, axşamlar bulvara gəzintiyə çıxanların da sayı artır.

Son.az bildirir ki, "Yeni Müsavat" yazqabağı sağlam həyat tərzinə keçmək istəyənlər üçün bu məsələni araşdırıb. Ortaya ilginc faktlar çıxıb.

Çəkiniz nə qədərdirsə, o qədər də su içməlisiniz

Öncə su məsələsindən başlayaq. Maraqlıdır ki, müxtəlif mənbələrdə gündəlik su norması barədə fərqli məlumatlar yer alır. Ən geniş yayılmış məlumat isə ondan ibarətdir ki, gündəlik içəcəyiniz suyun miqdarı çəkinizə mütənasib olmalıdır. Bir çox hallarda insanlar su içməklə digər mayeləri içməyi səhv salırlar. Yəni meyvə suyu içmək su içməyə bərabər deyil. Sağlam metabolizm üçün hər gün müəyyən miqdarda su içmək lazımdır. İçəcəyiniz suyun miqdarı isə çəkinizə görə dəyişir.

Günlük içəcəyiniz suyun miqdarını bilmirsinizsə, aşağıdakı cədvəl sizə kömək edə bilər:

Çəkiyə görə günlük su ehtiyacı

Çəki             Gündəlik su ehtiyacı (ml)

36 -            1,182

45 -             1,478 

54 -             1,774 

63 -             2,070 

72 -             2,365 

81 -             2,661 

90 -             2,957 

99 -             3,253 

108 -           3,548 

117 -           3,844

127 -            4,140

136 -            4,436

145 -            4,731

Əgər gündəlik içəcəyiniz suyun miqdarı qədər su və ya sadə su içmək istəmirsinizsə, o zaman içdiyiniz suyun içərisinə bir limon dilimi və ya istənilən meyvəni atıb içə bilərsiniz. Bu, həm görünüşü gözəlləşdirəcək, həm də suyu canlandıracaq. Mütəxəssislərin rəyincə, adicə bir yaşıl, təravətli yarpaq belə içdiyimiz suyu canlandıra bilir. Çalışın içdiyiniz suya da diqqət edin. Qaynadılmış və ya süzülmüş su içməyin. Gecədən dondurucuda dondurulmuş suyu səhər tezdən qoyun donu açılsın. Don açılan zaman görəcəksiniz ki, suyun dibində nə qədər lazımsız maddələr yığışıb. Suyun təmiz hissəsini ayrıca qaba alıb, gün ərzində onu için. Bu daha faydalıdır.

Orqanizmdə su çatmayanda nələr olur?

Suyun çatışmazlığı bizim orqanizmimiz üçün təhlükəlidir. Dərinin quruluğu, saçların tez sınması və başqaları, görünür ki, kosmetoloji problemlər məhz suyun çatışmazlığından "çıxır". Biz aclıq və susuzluq hissini çox tez-tez qarışdırırıq. Bu səbəbdən diyetoloqlar suyun stəkanını içməyi məsləhət görürlər. Suyun çatışmazlığı nəsə şirin yemənin təhrikçisidir. Xüsusilə bu, məşqlər zamanı gözə çarpandır. Əgər siz məşğul olursunuzsa, onda yanınızda su saxlamağa çalışın, amma böyük porsiyalarla içməyin - suyun bir qurtumu kifayət olacaq. Həmçinin, orqanizmdə suyun çatışmazlığı məşqlərin effektivliyini əhəmiyyətli dərəcədə aşağı salır.

Xroniki yorğunluq həmçinin maye çatışmazlığının nəticəsi ola bilər. Məsələ ondadır ki, əgər orqanizmdə maye çatmırsa, qan daha sıx olur, ürək döyüntüsü yavaşlayır və qan beyinə daha yavaş  hərəkət edir. Daha bir maraqlı fakt - suyun çatışmazlığı pis əhval-ruhiyyənin səbəbi ola bilər.