Goranboyda avtomobil qəzası nəticəsində 3 nəfər xəsarət alıb


Sosial 04 Apr 2018 21:36:50 202 0

Goranboyda avtomobil qəzası nəticəsində 3 nəfər xəsarət alıb

Yaralılardan biri 3 yaşlı uşaqdır

Goranboy şəhərində avtoqəza nəticəsində biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə 3 yaşlı Nəbiyeva Mədinə Nicad qızı və anası Nəbiyeva Samirə Nuşirəvan qızı (1994) və sürücü Hüseynov Tural Vüqar oğlu (1994) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.