Neftçalada rayon sakini özünü asaraq intihar edib


Sosial 04 Apr 2018 21:32:48 260 0

Neftçalada rayon sakini özünü asaraq intihar edib

Hadisə bu gün axşam Xıllı qəsəbəsində qeydə alınıb

Neftçala rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini olan Elşən adlı şəxs özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.