"Bilirdik itib, amma həyətdə basdırıldığını bilmirdik" VİDEO FOTO


Digərləri 04 Apr 2018 20:32:00 192 0

"Bilirdik itib, amma həyətdə basdırıldığını bilmirdik"   VİDEO  FOTO

Qəbələdə itkin düşmüş şəxslə bağlı aparılan araşdırmalar hadisənin qətl olduğunu üzə çıxarıb.

Son.az ARB Şəki-yə istinadla xəbər verir ki, həyat yoldaşı və qardaşı birləşərək Qəbələ sakinini öldürüb, sonra itkin düşmüş kimi qələmə verməyə çalışıblar.

Ancaq hadisə tez bir zamanda gün üzünə çıxıb. Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.

Ağaməmməd Rəfiyev - Mərhumun atası: "Mənə dedi ki, Dursun Mingəçevirə işləməyə gedib. Gedib Mingəçevirdə işləyənlərdən soruşdum, dedilər ki, yoxdur burada. Gəldim evə".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib. Müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman qadın ərinin qardaşı Vüsal ilə birgə daşla baş nahiyəsinə vuraraq qətlə yetirib. Cəsədini isə həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə Dursun Rəfiyevin meyiti oradan çıxarılıb.


Xəbərə aid fotolar