Düşmənə böyük zərbə vurmuş xüsusi təyinatlılarımız


Digərləri 04 Apr 2018 20:02:00 236 0

Düşmənə böyük zərbə vurmuş xüsusi təyinatlılarımız

MEK könüllüləri Vikipediyada Aprel döyüşlərinin ildönümü münasibəti ilə məqalələr yaradıblar.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Aprel döyüşlərinin ildönümü münasibəti ilə məqalələr yaradılıb. Azərbaycanca Vikipediyada yerləşdirilmiş məqalələr 2016-cı il Aprel döyüşlərində fədakarlıq göstərmiş hərbçilərimizə həsr olunub. Məqalələrdə hərbi şücaətinə görə orden və mükafatlarla təltif edilmiş Azərbaycan ordusunun ehtiyatda olan hərbçiləri - polkovnik-leytenant Elşən Qarayev, kapitan Əliağa Zeynalov, xüsusi təyinatlılar Ülfət Həsənov və Eşqin Hüseynov, İlqar Babayev və Natiq Mehdiyev haqqında məlumatlar yerləşdirilib. Həmin məlumatlarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: