Müdafiə nazirinin müavini: "Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır"


Siyasət 04 Apr 2018 19:57:00 302 0

Müdafiə nazirinin müavini: "Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır"

General-leytenant Kərim Vəliyev VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir

"Dağlıq Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunuAzərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal və regional təhlükəsizlik və s. vacib məsələlərin müzakirə edildiyi konfransda iştiraka xüsusi önəm verir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövcud real vəziyyət barədə məlumatların konfransın iştirakçılarına çatdırılması baxımından Azərbaycanın bu beynəlxalq konfransda iştirakını vacib hesab edirik".

Qeyd edəkki,"Redisson" otelində keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına 95 ölkədən nümayəndə heyəti qatılıb. Burada 30 müdafiə naziri, 15 Baş Qərargah rəisi və müdafiə nazirlərinin müavinləri iştirak edir.

Forum sabah işini davam etdirəcək.