Azərbaycan XİN başçısı Hindistana dəvət edilib


Siyasət 04 Apr 2018 19:29:11 218 0

Azərbaycan XİN başçısı Hindistana dəvət edilib

Suşma Svarac: Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyə məhsuldar olacaq

"Azərbaycanla əməkdaşlığımızın inkişafı üçün potensial böyükdür. Bizim uzunmüddətli və tarixi əlaqələrimiz var".

"Report"un verdiyi xəbərə görə, bu barədə Hindistan Respublikasının xarici işlər naziri Suşma Svarac Azərbaycan həmkarı Elmar Məmmədyarovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Hindistan Qərb bazarlarına yerli malların daha tez çatdırılması üçün nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıdır.

Suşma Svarac texniki əməkdaşlıq çərçivəsində hər il 20 azərbaycanlı tələbənin Hindistanda təcrübə keçdiyini xatırladıb.

"Biz iqlim dəyişikliyi və terrorizmə qarşı mübarizəyə dair məsələlərdə də eyni mövqeyə sahibik", - Hindistan XİN başçısı əlavə edib.

O, E.Məmmədyarovu ölkəsinə səfərə dəvət edib.

2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyini xatırladan S.Svarac bunun məhsuldar olacağına əminliyini ifadə edib və bildirib ki, həminüç il ərzində Hindistan da təşkilatın inkişafına öz töhfəsini verməyə çalışacaq.