"Hindistanla Azərbaycan arasında tarixi əlaqələr var"


Siyasət 04 Apr 2018 19:32:00 303 0

"Hindistanla Azərbaycan arasında tarixi əlaqələr var"

"Hindistanla Azərbaycan arasında tarixi əlaqələr var".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Hindistanın xarici işlər naziri Suşma Svarac ilə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, hindistanlı həmkarı ilə bu gün keçirilən görüş zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, turizm və s məsələlərə toxunulub. Nazir bildirib ki, Hindistan tərəfinin təklifi ilə may ayında Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın növbəti görüşünün keçirilməsi planlaşdırılır.

Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan hökuməti ilə Hindistan hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ADA Universiteti və Hindistan Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında və Hindistan Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Hindistanlı nazir də Azərbaycana səfəri çərçivəsində səmərəli müzakirələrin aparıldığını, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyini diqqətə çatdırıb.