Səidə saçlarını çəhrayıya boyadı VİDEO


Şou-biznes 04 Apr 2018 19:11:00 339 0

Səidə saçlarını çəhrayıya boyadı  VİDEO

Müğənni Səidə Sultan görünüşündə dəyişiklik edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi saçlarını qaynaqla uzatdırıb. O, eyni zamanda onları çəhrayı rəngə boyatdırıb.

Səidə bildirib ki, onun yeni görünüşü üzərində stilist Anar Ağakişiyev və onun komandası çalışıb. İfaçı yeni görünüşünü çox bəyəndiyini bildirib və izləyicilərinə sual ünvanlayıb.  İzləyicilərinin bəzisi çəhrayı saçın Səidəyə çox yaraşdığını bildirib və onu xarici ulduzlara bənzədiblər. Bəziləri isə onu bəyənmədiklərini qeyd ediblər.