Pasxa bayramı münasibətilə Qaradağ rayonunun slavyanəsilli sakinləri ilə görüş keçirilib


Digərləri 04 Apr 2018 19:16:00 187 0

Pasxa bayramı münasibətilə Qaradağ rayonunun slavyanəsilli sakinləri ilə görüş keçirilib

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) Müqəddəs Pasxa bayramı ərəfəsində rayonda yaşayan bir qrup slavyanəsilli sakinlərlə görüş keçirilib.

Bakı. Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) Müqəddəs Pasxa bayramı ərəfəsində rayonda yaşayan bir qrup slavyanəsilli sakinlərlə görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə Qaradağ RİH başçısının müavini Təranə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ rayonu Rus İcmasının sədri Natalya Viktorovna Paramanova, Qaradağ rayonu Ukrayna Konqresinin sədri Qalina Fyodorovna Qasımova və icma üzvləri iştirak ediblər. T.İsmayılova Müqəddəs Pasxa Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyünü, tolerantlığın qorunub saxlanıldığını, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənilməsini diqqətə çatdırıb.