İsveçrəli ayaqqabıda 20 min avro gizlətdi


Digərləri 04 Apr 2018 18:48:00 225 0

İsveçrəli ayaqqabıda 20 min avro gizlətdi

Gömrükdə xarici valyutanı bəyan etmədən keçirmək cəhdinin qarşısı alınıb.

Son.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Bakı-İstanbul aviareysilə getmək istəyən İsveçrə Konfederasiyasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçərkən çantası rentgen aparatında yoxlanılanda monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və çantasında təkrar yoxlama aparılıb.

Nəticədə, çantanın içərisindəki ayaqqabının taylarında coraba bükülərək gizlədilmiş, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 199 ədəd - hər biri 100 avro nominalında əsginaslar olmaqla, cəmi 19.900 avro aşkar olunub.