Sabiq futbolçu dünyasını dəyişdi


İdman 04 Apr 2018 18:50:00 259 0

Sabiq futbolçu dünyasını dəyişdi

İngiltərə millisinin sabiq futbolçusu Rey Uilkins dünyasını dəyişib. Goal.az xəbər verir ki, o, 61 yaşında vəfat edib. Ötən həftə Uilkins ürək tutmasına görə yıxılmış və başından zədə almışdı. Xəstəxanaya yerləşdirilən keçmiş yarımmüdafiəçi bir neçə gün süni komanda qalmışdı.

Uilkins futbolçu kimi "Chelsea", "Manchester United", "Queens Park Rangers", "Milan", PSG klublarının şərəfini qoruyub. İngiltərə millisində 84 oyuna çıxan ingilis futbolçu 2 dünya çempionatının iştirakçısı olub. O, məşqçi karyerasında "Chelsea", "Fulham", "Aston Villa", İordaniya millisini çalışdırıb.