Prezident İlham Əliyev Könül Xasıyevaya fərdi təqaüd verib


Siyasət 04 Apr 2018 18:09:00 219 0

Prezident İlham Əliyev Könül Xasıyevaya fərdi təqaüd verib

Prezident İlham Əliyev Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Könül Kazım qızı Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.