45 yaşlı "Samuray" Gəncədə saxlanıldı FOTO


Digərləri 04 Apr 2018 18:01:00 246 0

45 yaşlı "Samuray" Gəncədə saxlanıldı  FOTO

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, "Samuray" ləqəbli, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan, 45 yaşlı Həmid Axundov saxlanılıb.

Son.az ARB Kəpəz-ə istinadla xəbər verir ki, onun üzərindən 64 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Axundovun Zülfi Hacıyev küçəsində yerləşən evindən idman çantasının içərisində saxladığı 1565 qram qurudulmuş marixuna, bir ədəd AK-74 modelli avtomat, həmin odlu silaha aid 30 ədəd 5.45 kalibrli patronların olduğu sandıqça aşkar olunub.


Xəbərə aid foto