13 yaşlı azərbaycanlı beynəlxalq müsabiqənin qalibi oldu FOTO


Digərləri 04 Apr 2018 17:53:00 273 0

13 yaşlı azərbaycanlı beynəlxalq müsabiqənin qalibi oldu  FOTO

13 yaşlı azərbaycanlı pianoçu Ayla Kəlbiyeva "Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq" beynəlxalq müsabiqəsinin qalibi olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Fidan Hacıyeva Musiqi Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Ayla müsabiqədə Azərbaycanın yeganə təmsilçisi olub və 12-14 yaş kateqoriyasında birinci yeri tutub. Gənc pianoçu sentyabrda Bolqarıstanda keçiriləcək beynəlxalq müsabiqəyə dəvət alıb.