Mutu məşqçilik karyerasına başlayır


İdman 04 Apr 2018 17:49:00 225 0

Mutu məşqçilik karyerasına başlayır

Rumıniya millisinin sabiq hücumçusu Adrian Mutu məşqçilik karyerasına başlayır. Goal.az xəbər verir ki, 39 yaşlı rumın fəaliyyətə "Astra"da start verəcək. Lisenziyası olmayan Mutu klubda məşqçilər korpusuna daxil ediləcək. 2014/15 mövsümündə Rumıniya çempionu olan Curcu təmsilçisi hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qeyd edək ki, "Astra" bu mövsüm Avropa Liqasının II təsnifat mərhələsində "Zirə"ni mübarizədən kənarlaşdırmışdı.

Mutu peşəkar karyerasını 2016-cı ildə bitirib. klub səviyyəsində 552 oyuna 199 qol vuran hücumçu 2000-13-cü illərdə milli komandanın da formasını geyinib.