Dünyanın 1 nömrəli xəbərinə çevrilən GÖRÜŞ


Dünya 04 Apr 2018 17:31:00 380 0

Dünyanın 1 nömrəli xəbərinə çevrilən GÖRÜŞ

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin növbəti dəfə prezident seçildikdən sonra ilk səfərinin gerçəkləşdiyi Ankara ziyarəti dünya mediasının əsas xəbərinə çevrilib.

CNN-dən "New York Times"a kimi ABŞ mediası da Türkiyədə baş tutan bu görüşə yer verdi.

Son.az xəbər verir ki, Rusiya mediası isə "Tarixdə ilk dəfə Türkiyə bizim dostumuz oldu" fikirlərini önə çıxarıb.

HAARETZ:

İsrailin "Haaretz" qəzeti Türkiyə və Rusiya arasındakı münasibətlərin daha indiyə kimi heç olmadığı qədər gücləndiyini vurğulayaraq, ABŞ-ın Yaxın Şərqdən adətən çıxarıldığını vurğulayıb.

"Washington Post" bu görüşdə əsas diqqətini Suriyanın gələcəyi barədə müzakirələrə ayırıb.

"CNN International" isə Rusiya, İran və Türkiyənin bu cəhdlərinin Suriyadakı müharibənin sona çatmasına kömək etməyəcəyini qeyd edib.

Dünyanın ən məşhur xəbər telekanalı ABŞ-ın bölgədən çəkiləcəyi halda, Suriyadakı terrorçuların Əsəd rejimiylə razılaşmaq məcburiyyətində qala biləcəyi şərhini də edib.

TARİXİ GÖRÜŞ

Rusiya Dövlət Telekanalı "Россия 1" ziyarəti "tarixi" adlandıraraq, bunun iki ölkənin ən böyük yaxınlaşması olduğunu vurğulayıb.

PUTİNİN NÖVBƏTİ DƏFƏ PREZİDENT SEÇİLDİKDƏN SONRA İLK SƏFƏRİ

Rusiyanın NTV kanalı isə Putinin Ankara üçün "ən maraqlı ziyarətçi" olduğunu və bu ziyarətin Putinin yeni prezidentlik dönəmindəki ilk rəsmi xarici səfəri olduğunu qeyd edib.

"TARİXDƏ İLK DƏFƏ TÜRKİYƏ BİZİM DOSTUMUZ OLDU"

Məşhur rusiyalı aparıcı Kirill Keimyonov Rusiya ilə Türkiyənin yüz illərdir "Qərb istədiyi üçün" düşmən olduğunu söylədi və əlavə etdi:

"Öncə İngiltərə, sonra Almaniya və ardınca da NATO-nun "sahib"i ABŞ bu iki ölkənin düşmən olmağını istədi. Amma indi tarxidə ilk dəfə Türkiyə bizim dostumuz və bölgədə ən önəmli tərəfdaşımızdır."

Qeyd edək ki, Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş keçirilib.

Xatırladaq ki, dünən 8 nazirlə Türkiyəyə gələn Putin Ərdoğan ilə birlikdə Türkiyənin 60 illik xəyalına çevrilən Akkuyu Atom-Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.

Təhməz Təkin