Bakıda iki ərəb turistin ölümünə səbəb olan taksi sürücüsünə


Digərləri 04 Apr 2018 17:35:00 329 0

Bakıda iki ərəb turistin ölümünə səbəb olan taksi sürücüsünə

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Fəhmin Hümbətov çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyərək, E. Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə vəkil müdafiə nitqi ilə çıxış edib və E. Məmmədov son söz deyib.

Sonra hökm oxunub. Hökmə əsasən, E. Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.