Daşkəsənə güclü qar yağdı FOTO


Digərləri 04 Apr 2018 17:20:00 393 0

Daşkəsənə güclü qar yağdı  FOTO

Daşkəsənə gözlənilmədən güclü qar yağıb.

Son.az APA-ya istinadən xəbər verir ki, uzun müddətdir, mülayim hava şəraiti müşahidə olunan Daşkəsənə qəfildən qar düşüb. Gecə və səhər yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də daha yüksəklikdə yerləşən Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb.

Qarın kəndlərarası yollarda, o cümlədən yen inşa olunan 25 kilometrlik Daşkəsən-Qabaqtəpə-Əmirvar avtomobil xəttində hərəkətə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.


Xəbərə aid fotolar