Devid Moyesə yeni müqavilə


İdman 04 Apr 2018 17:30:00 317 0

Devid Moyesə yeni müqavilə

"West Ham United" baş məşqçi Devid Moyeslə əməkdaşlığı davam etdirmək niyyətindədir. Goal.az xəbər verir ki, şotland mütəxəsisə uzunmüddətli yeni müqavilə təklif etməyə hazırlaşır.

Moyes 2017-ci ilin noyabrında London klubunun sükanı arxasına keçib. Slaven Biliçi əvəzləyən 54 yaşlı mütəxəsis komandanı düşmə zonasından çıxarmışdı. Hazırda turnir cədvəlinin 14-cü yeri tutan "çəkicdöyənlər" növbəti mövsüm üçün Premyer Liqada yerini, demək olar ki, təmin edib.