Zəfər Məmmədov: Rəqabət sahibkarın tənəzzülünə yox, biznesin inkişafına xidmət etməlidir


Digərləri 04 Apr 2018 17:11:00 357 0

Zəfər Məmmədov: Rəqabət sahibkarın tənəzzülünə yox, biznesin inkişafına xidmət etməlidir

Trend 10 ildən artıqdır bir neçə şirkətə rəhbərlik edən iş adamı, "Zəfəroğlu inşaat"ın rəhbəri Zəfər Məmmədovun məqaləsini təqdim edir

Bakı. Trend 10 ildən artıqdır bir neçə şirkətə rəhbərlik edən iş adamı, "Zəfəroğlu inşaat"ın rəhbəri Zəfər Məmmədovun məqaləsini təqdim edir: Rəqabət sahibkarın tənəzzülünə yox, biznesin inkişafına xidmət etməlidir Çoxlarından fərqli olaraq dövlətin iqtisadiyyat üzərində nəzarətini zəruri sayıram. Yəni dövlət yeni-yeni formalaşan iqtisadiyyatın tənzimlənməsində maraqlı olmalıdır. Konkret təklifim ondan ibarətdir ki, İqtisadiyyat nazirliyinin tərkibində yeni bir şöbə yaradılsın və bu qurum sahibkarlıq fəaliyyətinin qeydə alınması ilə bağlı nəzarəti öz üzərinə götürsün. Bu iş necə qurulacaq? İqtisadiyyat nazirliyinin tərkibində yaradılacaq yeni qurum istənilən sahədə fəaliyyət göstərmək istəyən sahibkarın müraciətinə baxacaq. Əgər həmin sahədə kifayət qədər şirkət fəaliyyət göstərirsə, yəni tələbat yoxdursa sahibkara mənfi cavab verilir. Axı niyə tələb olmayan yerdə yeni şirkət yaradılıb, digər sahibkarların da fəaliyyətinə zərər yetirilməlidir? Kimlərsə deyə bilər ki, bu rəqabət mühitinə mənfi təsir göstərəcək. Amma mənim fikrim ondan ibarətdir ki, bu cür rəqabət şirkətləri möhkəmləndirmək əvəzinə onları məhvə aparır. İstənilən halda biznes tələb və təklif əsasında qurulur. Tələb olmadığı halda nəyisə təklif etmək isə özü ilə bərabər digərlərinin də biznesinə zərər vurmaq deməkdir. Reallıq Hər kəs yaşadığı ərazidə bir-birinə bitişik, qarşı-qarşıya yerləşən marketləri müşahidə edir. Misal üçün Xırdalanın mərkəzində 6 böyük şəbəkə marketinin fəaliyyət göstərdiyini deyə bilərik. Hansı ki, həmin ərazidə 2 və ya 3 böyük market artıqlaması ilə Xırdalan sakinlərinə xidmət göstərə bilər. Əlbəttə ki, bu cür rəqabət biznesin inkişafından daha çox, onun batmasına xidmət edir. Əgər dövlətin bu məsələlərə nəzarət edən qurumu fəaliyyət göstərsə, sahibkarları həmin ərazidə 4-cü 5-ci marketləri açmaqdan çəkindirər və həmin sahibkarları təlabat olan digər sahələrə yönəldər. Misal üçün xaricdən idxal edilən ərzaq məhsullarının istehsalı təklif edilə bilər. Bu həm ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, həm yerli istehsalın inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından əvəzsiz addım olar. Elektron xidmət