“AzerGold” QSC Çovdar kənd məktəbi kitabxanasının müasirləşdirilməsinə dəstək verib (FOTO)


Digərləri 04 Apr 2018 17:15:13 456 0

“AzerGold” QSC Çovdar kənd məktəbi kitabxanasının müasirləşdirilməsinə dəstək verib (FOTO)

“AzerGold” QSC Çovdar kəndində yerləşən Kəlbəcər 70 saylı tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirib.

Bakı. “AzerGold” QSC Çovdar kəndində yerləşən Kəlbəcər 70 saylı tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirib. “AzerGold” QSC-dən Trend-ə verilən məlumata görə, şirkətin Korporativ Sosial Məsuliyyət Komitəsi tərəfindən təşkil edilən görüş zamanı məktəb kitabxanasına komüterlər, fasiləsiz internet xətti və digər ləvazimatlar hədiyyə edilib. Sosial tədbirin fiziki qüsurlu uşaqlar da daxil olmaqla 50-ə yaxın şagirdin təhsil aldığı məktəbdə keçirilməsində əsas məqsəd, coğrafi cəhətdən ölkənin ucqar nöqtələrində yaşayan uşaqlara əlavə təhsil və fərdi inkişaf üzrə bərabər imkanlar yaratmaqdır.