Tramp: “Çinlə ticarət sahəsində rəqabəti uduzduq”


Dünya 04 Apr 2018 17:03:42 249 0

Tramp: “Çinlə ticarət sahəsində rəqabəti uduzduq”

"Bunun davam etməyinə icazə verə bilmərik

“Çinlə ticarət müharibəsi aparmırıq, ancaq illər əvvəl ABŞ-ı təmsil edən axmaqlar və ya bacarıqsız insanlar tərəfindən bu rəqabəti uduzduq”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“İndi ildə 300 milyard dollarlıq ticarət defisitimiz var. Bunun davam etməyinə icazə verə bilmərik”, - o vurğulayıb.

ABŞ-ın ticarət nümayəndəliyi tərəfindən yayılan məlumata görə, Birləşmiş Ştatlar Çindən idxal edilən 1 300 -ə yaxın məhsula 25 faiz gömrük vergisi tətbiq etməyi planlaşdırır.

Çin də ABŞ-ın bu hücumuna cavab olaraq ABŞ-dan idxal edilən 106 adda məhsula əlavə gömrük tarifi tətbiq edəcək.