Bu da İsmayıllı və Şamaxıdakı sürüşmə zonaları FOTO


Digərləri 04 Apr 2018 16:56:00 305 0

Bu da İsmayıllı və Şamaxıdakı sürüşmə zonaları  FOTO

Son vaxtlar İsmayıllı rayonu ərazisinə yağan intensiv yağışlardan sonra mövcud sürüşmə sahələrində aktivlik yenidən artıb, hektarlarla torpaq sahəsində böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxaraq ərazidə gölməçələr yaradıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları İsmayıllıda mövcud olan sürüşmə zonalarına baxış keçiriblər.

Monitorinq zamanı məlum olub ki, rayonun Zərnəva kəndindəki sürüşmə sahəsi aktivləşib, ərazidəki mövcud çatların parametrlərində artım qeydə alınıb və sürüşmə sahəsinin sərhədləri genişlənib. İsmayıllıda Xankəndi və İstisu sürüşmə sahələri də aktivləşib. Bəzi kəndlərdə isə 2016-2017-ci illərdə əmələ gələn sürüşmə zonalarının hazırda sönük vəziyyətdə olduğu müəyyən edilib. Həmin yerlərdə hazırda aktivlik müşahidə edilmir.