Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşü İranda olacaq


Dünya 04 Apr 2018 16:49:00 229 0

Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşü İranda olacaq

Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşü İranda keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında keçirilən üçtərəfli görüş zamanı qərar qəbul edilib.

Qeyd edək ki, üç ölkə rəhbərinin zirvə görüşündən öncə, sammitdə iştirak edən prezidentlər arasında ikitərəfli görüşlər keçirilib.