Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başa çatıb - YENİLƏNİB


Dünya 04 Apr 2018 16:36:00 280 0

Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başa çatıb - YENİLƏNİB

Toplantının sonunda dövlət başçıları birgə bəyanat imzalayıblar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısıVladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriyadakı vəziyyətə dair Ankarada keçirilənüçtərəfli sammitbaşa çatıb.

“Report” xəbər verir ki, toplantının sonunda dövlət başçıları birgə bəyanat imzalayıblar.

R.T.Ərdoğan, V.Putin və H.Ruhani görüşün yekunlarına dair birgə mətbuat konfransı keçirəcəklər.

*** 14:27

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriyadakı vəziyyətə dair üçtərəfli görüş başlayıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, toplantıda Suriyanın Şərqi Guta və İdlibdəki humanitar böhran, eyni zamanda bu ölkədəvəziyyətin normallaşması və yol xəritəsi müzakirə olunur.

Bundan başqa,Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Tel-Rıfat və Membicdə hərbiəməliyyat keçirməyə hazırlaşması barədə Vladimir Putin və Həsən Ruhanini məlumatlandıracaq.

Görüş başa çatdıqdan sonra tərəflərmətbuata bəyanatlarla çıxış edəcəklər.

Qeyd edək ki, Suriyadakı vəziyyətin müzakirəsinə dair üçtərəfli formatın əsası Astanada qoyulub. Prezidentlərin üçtərəfli görüşü isə ilk dəfə Soçidə olub.