Sosial şəbəkələrin söyüş qrupunun alətinə çevrilməsinə imkan verməməliyik


Siyasət 04 Apr 2018 16:14:00 241 0

Sosial şəbəkələrin söyüş qrupunun alətinə çevrilməsinə imkan verməməliyik

Adil Əliyev: "Bayrağımıza, dövlətimizə, millətimizə və prezidetimizə yönələn təhqirləri cavablandırmaq üçün xüsusi təlimat lazım idi?"

Son.az olaylar.az-a istinadən yazını təqdim edir.

Avropadakı söyüşcül qruplar öz çirkin əməllərini davam etdirirlər. Bütün əndazəni, normaları, etikanı keçən bu şəxslər eyni zamanda qoca qitədə Azərbaycan adına təşkil edilən görüş və toplantıları da pozmağa, süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Ən son Almaniyanın Köln şəhərində keçirilən toplantı zamanı biz bunun əyani şahidinə çevrildik. Millət vəkili Adil Əliyevin təşkilatçılığı ilə baş tutan həmin görüşdə iştirakçılarla qarşıdurma yaratmağa cəhd edən söyüşcül qruplar bu cəhdlərinin nəticə vermədyini gördükdə isə başqa variantlara, özlərinin ənənəvi şər, böhtan kampaniyasına əl atdılar. İddia etdilər ki, guya Köln görüşündə yaşanan insdentlə bağlı millət vəkili Adil Əliyev alman polisi tərəfindən sorğu-sual edilib. Məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili deyilənlərin əsassız olduğunu söyləyib. Bildirib ki, günlərdir onunla mübarizə aparmağa çalışan, daha doğrusu dillərindən söyüş və təhqir düşməyən müxtəlif radikal qüvvələr guya onun Almaniyada polisə çağrıldığımı iddia edirlər. Millət vəkilinin sözlərinə görə, bu qrup üzvlərinin başqa bir yalanları da odur ki, guya Adil Əliyevi polis məntəqəsində bir neçə saatlığına saxlayaraq 100 min avro "cərimə" yazıblar: "Deməli, bunlar bir yalan quraşdırırlar, sonra həmin yalana müxtəlif yalanlar qoşurlar və ardı-arası kəsilmir. Kölndəki tədbirdən sonra nə polisdə olmuşam, aydındır ki, olmadığım yerdə də mənə qarşı "100 min avroluq" cərimə barədə iddia qaldıra bilməzdilər. Ancaq bunlara heç nə təsir etmir, tutduqları yalanı buraxmırlar, özü də yuvarlaq rəqəmlərdən yapışıblar. Yazırdılar ki, guya Köldəki tədbir üçün "80 min avro xərcləmişəm", yazdım ki, yalandır. Otel zalının 3 saatlıq icarəsinə cəmi 1.400 avro ödənib, çeki də var, yenə yalanlarını təkrar edirlər, "80 min avro" deyib dururlar. Türkləruin yaxşı bir sözü var, deyir ki, çamur at yapşmasa da izi kalsın. İndi bunlar çamur, yəni palçıq atmaqla məşğuldurlar, palçıq bizə nə yapışar, nə də izi qalar. Bunlara nəsə anlatmağın xeyri yoxdur, bağırtıları, söyüşləri, yalanları və iftiraları özlərinə qalacaq". Millət vəkili deyib ki, onu başqa bir məsələ də narahat edir: "Ötən gün Milli Məclisin iclasında həmkarım Siyavuş Novruzov mənim təşəbbüsümlə Kölndə keçirilən tədbiri pozmaq istəyən qüvvələr barədə bunları deyib: "Bu insanlara azərbaycanlı demək mümkün deyil. Onlar Azərbaycanı, xalqı, milləti təhqir edirlər. Səfirliyimiz Azərbaycanın orada bir parçasıdır, bizim səfirliyimizi təhqir edirlər. Azərbaycanlı olan torpağını, ordusunu təhqir etməz, ona qarşı bu şəkildə müxaliflik etməz. Eyni zamanda buna qarşı susan bəzi şəxsləri də başa düşmürəm. Avropadan Azərbaycana qarşı təhqirlərlə bağlı bağıranlara qarşı niyə susursunuz? Burada təriflə bağlı mövzu olsaydı, növbə əlindən mənə çıxış çatmazdı. Səsiniz çıxarın, mövqeyinizi bildirin!".Bu fikirlə tam razıyam. Təxribatçılar hələ aylar əvvəl dövlətimizi, millətimizi və prezidentimizi təhqir etməyə başladıqda, Avropada təhqiredici şəkillər yapışdırmağa başladıqda sosial şəbəkələr üzərindən onlarla savaşa başladım. Birini dedilər, üçünü dedim, beşini yazdılar, ondan iki qatını yazdım, onlar təhqirə keçdilər, mən etik çərçivədə onların cavabını verdim. Ancaq elə o zaman bu mübarizədə kifayət qədər dəstək hiss etmədim. Susanların əvəzinə də mən cavab verirdim. Bəli, daha sonra dövlət səviyyəsində bu məsələ diqqətə alındı, konfrans və seminarlar keçirildi, məhz bundan sonra söyüş söyənlərə cavab verilməyə başlandı. Elə o zaman məni bu sual düşündürürdü: Kimi və nəyi gözləyridiniz? Bayrağımıza, dövlətimizə, millətimizə və prezidetimizə yönələn təhqirləri cavablandırmaq üçün xüsusi təlimat lazım idi, yoxsa bunun üçün xüsusi konfrans keçirilməli idi? Düşünürdüm ki, bəlkə indi söyüş qrupuna qarşı təbliğat güclənə. Axı bu çirkin kampaniya sabitliyimizə, gələcəyimizə, qazandığımız uğurlara təhlükədir. Ancaq təəssüf ki, bəziləri yenə gözləmə mövqeyindədirlər, Kölndəki tədbirdən sonra anladım ki, yenə də yuxarıdan əmr və təlimat gözləyənlər var. Kölndəki tədbirə diplomatlarımızın və diaspora işinə məsul olanların qatılmasını arzulayırdım. Bu olmadı. Üstəlik indinin özündə Qərb ölkələrdə sığınacaq tapan məlum qrupların və onların arxasında dayanan mərkəzlərin hücumuna məruz qalmışam, ancaq yenə də təkbaşına və yaxın dostlarımla mübarizə aparmaq, onlara cavab vermək məcburiyyətindəyəm". Adil Əliyev deyib ki,  sosial şəbəkələri söyüş qrupunün və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verməməliyik: "Bu təhlükəsizlik probleminə çevrilir, dövlətin müvafiq orqanları təbliğat işini gücləndirməlidirlər, ancaq bu tək mənim və yaxın dostlarımın problemi olmamalıdır, deputat həmkarım demişkən, tərif demək üçün növbəyə düzülənlərin çoxunu mən söyüşçül qrupla mübarizədə görmürəm. Mərhum prezidentimiz, ümumilli liderimiz Heydər Əliyev də hər zaman deyərdi: "Mövqe bildirin!" Bu şüar bu gün də aktuallığını itirməyib".