Avtovağzalda 4 ədəd partlamamış hərbi sursat tapıldı


Digərləri 04 Apr 2018 16:02:00 246 0

Avtovağzalda 4 ədəd partlamamış hərbi sursat tapıldı

Qazaxda avtovağzal ərazisində 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, saat 12:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Bakı küçəsi 28 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.