Əli Kərimlinin 17 yaşlı trol "gözəlçəsi" TƏRS BAXIŞ FOTO


Siyasət 04 Apr 2018 15:46:00 490 0

Əli Kərimlinin 17 yaşlı trol "gözəlçəsi"  TƏRS BAXIŞ  FOTO

Son.az SİA-ya istinadən yazını təqdim edir.

Zaman-zaman AXCP sədri Əli Kərimli və ətrafı haqqında çoxsaylı faktlara əsaslanan və heç də xoş olmayan məsələlər ictimaiyyətin diqqətini cəlb edir. Daha doğrusu, Ə.Kərimli sədrlik etdiyi siyasi təşkilatı ələ keçirər-keçirməz orada baş verən və heç bir milli-mənəvi, eləcə də əxlaqi dəyərlərə sığmayan hadisələr bir-birini elə sürətlə əvəz etməyə başladı ki, onların sayı-hesabı belə, ölçüyəgəlməz dərəcədə artdı. Misal üçün, illər öncə AXCP-nin rəsmi media qurumu olan "Azadlıq" qəzetinin sabiq direktoru Azər Əhmədovun öz qohumunun azyaşlı qızı ilə (!) intim video görüntülərinin yayılması, adıçəkilən qəzetin baş redaktoru Qənimət Zahidin yenə də A.Əhmədovla "Üç palma" restoranının saunasında özbək fahişələrlə biabırçı fotolarının mətbuata sızması və onlarla bənzər faktları göstərməklə, əslində, bütün bu kimi hadisələrin bilavasitə Ə.Kərimlinin əlinin altından keçdiyini deyə bilərik. Ümumiyyətlə, sağlam düşüncəli insanların yanında Ə.Kərimli deməklə, onun barəsində "əxlaqsızlığın açarı" tipli assosiasiyalı fikirlər yaranmağa başlayır.

Ə.Kərimli ondan olmayan müxalifətli-iqtidarlı hər kəsi söydürməklə öz çirkin, hətta murdar "siyasətini" davam etdirməkdədir

Bu arada, Ə.Kərimlinin sosial şəbəkə "qəhrəmanlıqları" da tam sürətlə davam edir. Artıq onun "söyüş qrupu" öz dairəsini genişləndirərək, Avropaya qədər gedib-çıxıb və bu timsalda Orduxan Teymurxan başda olmaqla digərlərinin çıxardıqları rüsvayçı oyunbazlıqlarını göstərə bilərik. Bu istiqamətdə ictimai qınağın kütləvi şəkildə olmasına rəğmən, Ə.Kərimli ondan olmayan müxalifətli-iqtidarlı hər kəsi söydürməklə öz çirkin, hətta murdar "siyasətini" davam etdirməkdədir. Sosial şəbəkədə trolları vasitəsi ilə iyrənc kampaniyalarını davam etdirən Ə.Kərimlinin ətrafındakı trolların azyaşlı olmaları isə bu məsələnin nə qədər çərçivədən çıxmasını sübuta yetirir. Misal üçün, Kərimlinin Fatimə Mövlamlı adlı trolu ilə birgə şəkil çəkdirməsi və həmin trolun öz səhifəsində paylaşdığı şəkilləri bir-biri ilə uzlaşdırarsaq, AXCP sədrinin belə həyat tərzinə müsbət yanaşdığını görərik...

Ona əxlaq məfhumumdan daha çox, ətrafındakı əxlaqsızlar vasitəsi ilə çoxlu pul qazanmaq daha maraqlıdır

17 yaşlı bir azərbaycanlı qızın ağzında siqaret, yaxud, ayağında aqressiv döymə ilə şəkillər paylaşması çox yəqin ki, Ə.Kərimlinin ürəyincədir. Hətta belə "xanmların" onun "gözəlçələri" sırasında çox olduğunu da deyə bilərik. Maraqlıdır, görəsən mitinqlərində "sevgili xalqım", "ulu millət" və s. tipli pafoslu ifadələrini çox sevdiyi mikrofona bağırarkən, Ə.Kərimli yaşı övladından da az olan həmin insanların keçirdikləri əxlaqsız həyat tərzini yada salırmı? Əlbəttə ki, yox. Çünki ona əxlaq məfhumumdan daha çox, ətrafındakı əxlaqsızlar vasitəsi ilə çoxlu pul qazanmaq daha maraqlıdır. Yəqin həmin bu Fatimə Mövlamlı AXCP sədri ilə çəkdirdiyi və paylaşdığı fotoşəkilin üzərində "sizinlə eyni cəbhədə olmaqdan qürur duyuram bəy" ifadəsini yazmaqla təmsil olunduğu siyasi cəbhənin öz timsalında nə qədər əxlaqsız olduğunu da ifadə etdiyinin fərqinə varmayıb.

Lakin beləliklə, hər şey bir daha məlum olub. Bu gün xalından dəstək görməyən və bundan sonra da görməyəcək Ə.Kərimlinin bəlli "portreti" növbəti dəfə həmin ünsürün necə məxluq olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur...

P.S. Həqiqətən çox maraqlıdır, görəsən Ə.Kərimli birgə şəkil çəkdirdiyi bu qızın profilinə daxil olaraq, onun paylaşdığı qeyri-etik şəkillərə irad bildiribmi..?


Xəbərə aid fotolar