Moskvada ticarət mərkəzində baş verən yanğında bir nəfər ölüb, üç nəfər yaralanıb - YENİLƏNİB


Dünya 04 Apr 2018 15:15:00 231 0

Moskvada ticarət mərkəzində baş verən yanğında bir nəfər ölüb, üç nəfər yaralanıb - YENİLƏNİB

Bir neçə yüz nəfər evakuasiya edilib

Moskvada ticarət mərkəzində baş verən yanğında mərkəzin əməkdaşlarından biri ölüb, Federal Yanğınsöndürmə Xidmətinin üç əməkdaşı yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəhbəri İlya Denisov bildirib.

"Yanğın sahəsi təxminən 80 kvadrat metri əhatə edib. Onun qarşısı alınıb", - İ.Denisov vurğulayıb.

***14:59

Rusiya paytaxtı Moskvanın şərqində yerləşən və uşaqlar üçün nəzərdə tutulan Persey Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar olaraq, 300-dən çox adam təxliyyə edilib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Ticarət Mərkəzinin dördüncü mərtəbəsində yerləşən oyuncaqlarla dolu anbar yanıb.

"Bir nəfər - yanğından mühafizə xidmətinin əməkdaşı yaralanıb. Onun vəziyyəti dəqiqləşdirilir", - fövqəladə xidmətlərdəki mənbə deyib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatlarına görə, Ticarət Mərkəzində açıq yanğının qarşısı alınıb.