Azərbaycan Gürcüstana məxsus avtobusların ölkədə qeyri-qanuni sərnişin daşımasından narazıdır


İqtisadiyyat 04 Apr 2018 14:50:56 245 0

Azərbaycan Gürcüstana məxsus avtobusların ölkədə qeyri-qanuni sərnişin daşımasından narazıdır

Bakıda və rayonlarında

AzərbaycanlaGürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

"Report"a daxil olan məlumata görə, iclasdaAzərbaycan tərəfdənNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstan tərəfdən isəİqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze iştirak edib.

İclasda iki ölkəarasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib. Bakıda və Azərbaycanın digər rayonlarında qeyri-qanuni sərnişin daşınması həyata keçirən Gürcüstan avtobuslarının fəaliyyətinin dayandırılması, Gürcüstana Azərbaycan tərəfindən yük daşımaların həcminin artmasını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycana boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılmasında eyni şəraitin yaradılması məsələsinin hər iki ölkənin gömrük orqanları ilə müzakirə edilməsi təklif edilib.

Sonda qeyd edilən, həmçinin aidiyyəti üzrə digər aktual məsələlər üzrə müvafiq protokol imzalanıb.