Sidik kisəsi çöldə doğuldu Azərbaycanda


Digərləri 04 Apr 2018 14:46:00 361 0

Sidik kisəsi çöldə doğuldu  Azərbaycanda

Sidik kisəsi çöldə doğulan 2 aylıq oğlan uşağı onun üçün olduqca ağır həyati hesab edilən cərrahi əməliyyat keçirib.

Son.az xəbər verir ki, bununla bağlı lent.az-a məlumat verən uroloq cərrah Fuad Hüseynov bildirir ki, bu olduqca nadir haldır, yəni dünyada 100000 uşaqdan 3-ü bu cür doğulur: "Bizə müraciət etdiyində artıq 2 aylıq olan körpə üzərində apardığımız müayinələr nəticəsində məlum oldu ki, onun sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur, cinsiyyət orqanı, penisi açıq şəkildədir.

Sidik kisəsi ekstrofiyası epispadiya diaqnozu qoyularaq cərrahi əməliyyat planlaşdırıldı. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün Uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan qalça sümükləri kəsildi ki qasıq sümüklərini yaxınlaşadıra bilək".