Ankarada Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb


Dünya 04 Apr 2018 14:27:40 294 0

Ankarada Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Görüş başa çatdıqdan sonra tərəflər mətbuata bəyanatlarla çıxış edəcəklər

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriyadakı vəziyyətə dair üçtərəfli görüş başlayıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, toplantıda Suriyanın Şərqi Guta və İdlibdəki humanitar böhran, eyni zamanda bu ölkədəvəziyyətin normallaşması və yol xəritəsi müzakirə olunur.

Bundan başqa,Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Tel-Rıfat və Membicdə hərbiəməliyyat keçirməyə hazırlaşması barədə Vladimir Putin və Həsən Ruhanini məlumatlandıracaq.

Görüş başa çatdıqdan sonra tərəflərmətbuata bəyanatlarla çıxış edəcəklər.

Qeyd edək ki, Suriyadakı vəziyyətin müzakirəsinə dair üçtərəfli formatın əsası Astanada qoyulub. Prezidentlərin üçtərəfli görüşü isə ilk dəfə Soçidə olub.