"Real"ın müdafiəçisi Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib


İdman 04 Apr 2018 14:10:00 223 0

"Real"ın müdafiəçisi Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib

Çempionlar Liqasının 1/4 finalında "Juventus"un qonağı olan "Real" 3:0 hesablı qələbə qazanıb. Bu oyun Madrid klubunun müdafiəçisi Daniel Karvaxal üçün də əlamətdar olub. Goal.az xəbər verir ki, ispaniyalı futbolçu Çempionlar Liqasında ardıcıl 25 oyunda məğlub olmamaqla yeni rekord müəyyənləşdirib. Karvaxal sonuncu dəfə 2015-ci ildə məhz "Juventus"a məğlubiyyətin (1:2) şahidi olmuşdu. Bu mövsüm "Real"ın "Tottenham"ə uduzduğu matçda Karvaxal meydana çıxmamışdı.

Bu baxımdan öncəki rekord Luiş Nani və Patris Evraya məxsus idi. Onlar "Manchester United"in heyətində çıxdıqları ardıcıl 24 oyunda məğlub olmamışdılar.