İki qardaşdan hədəqorxu ilə pul tələb edən şəxslər tutuldu


Digərləri 04 Apr 2018 13:36:00 233 0

İki qardaşdan hədəqorxu ilə pul tələb edən şəxslər tutuldu

Bərdə rayonunda iki nəfərdən hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən şəxslər tutulublar. 

Son.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 2-də Fərhad Məmmədova və qardaşı Ədalətə hədə-qorxu gəlib 9000 manat tələb etməkdə şübhəli bilinən rayon sakini Nursani Hüsiyev və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyev saxlanılıb.