İnfrastruktur layihələri uğurla reallaşır


Digərləri 04 Apr 2018 13:39:00 270 0

İnfrastruktur layihələri uğurla reallaşır

Son.az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Bərəkətli Muğan düzünün bir parçası olan Sabirabad rayonu da dövlətin davamlı qayğısı sayəsində sürətlə inkişaf edib dəyişir. Keçən il ölkəmizin digər regionlarında olduğu kimi, bu rayonda da dinamik inkişaf təmin edilmiş, pambıqçılıqda, taxılçılıqda, heyvandarlıqda, tərəvəzçilikdə yaxşı nailiyyətlər qazanılmış, tikinti, abadlıq genişlənmiş, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür.

Sabirabadın yüksəlişində, abad bir diyara çevrilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz rolu olub. Ulu öndər Azərbaycan hakimiyyətinə rəhbərlik etdiyi illərdə Sabirabada 15 dəfə səfər etmişdir. "Mən hər dəfə Sabirabada gələndə bu doğma diyara heyran oluram" dediyi bu sözləri sabirabadlılar indi də ehtiramla xatırlayırlar.

Bu gün də rayonda infrastruktur layihələri uğurla reallaşır. Əsaslı şəkildə bərpa olunaraq yenidən qurulan 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nəriman kənd-Həşimxanlı, 36 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli 60 kilometrlik avtomobil yolunun 19,6 kilometrlik hissəsinin açılışı dövlət başçısının iştirakı ilə olmuşdur. Prezident İlham Əliyevin tapşırığı ilə 26 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini əhatə edən 43 kilometr uzunluğunda Dadaşbəyli-Minbaşı-Salmanlı-Noxudlu-Salyan avtomobil yolunun tikintisi davam edir.

Moranlı, Sərxanbəyli, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin əkin sahələrinin su problemini aradan qaldırmaq üçün tikintisi yarımçıq qalmış "H" kanalının inşasına dövlət başçısının tapşırığı ilə yenidən başlanılmışdır. Hazırda burada təmir-tikinti işləri aparılır. Böyük iqtisadi əhəmiyyətə malik bu layihə tam icra olunduqdan sonra 11.498 hektar sahənin su təminatı əsaslı şəkildə yaxşılaşacaq.

Sabirabad və Salyan rayonları ərazisində yerləşən qış otlaq sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılmasına da başlanılmışdır. Bu layihə həyata keçiriləndən sonra 14 min hektardan çox əlavə torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq.

Kənd təsərrüfatında ənənəvi sahələr olan pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi üçün də zəruri tədbirlər görülür.


Xəbərə aid fotolar