Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır?


Digərləri 04 Apr 2018 13:13:00 235 0

Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır?

Azərbaycanda verilən sürücülük vəsiqələrində iki 2 qüsur var.

Son.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, birinci qüsur vəsiqələrdə bəzi hərflərin latın əlifbası ilə olmaması ilə bağlıdır: 

""Yol hərəkəti haqqında" 1968-ci il Vyana konvensiyasının 6 saylı əlavəsinin 6-cı (köhnə redaksiyada 3-cü) bəndində qeyd olunur ki, milli sürücülük vəsiqəsində bütün məlumatlar latın əlifbasının hərfləri ilə yazılmalı, başqa əlifba ilə yazıldıqda isə latın hərfləri ilə transliterasiya edilməlidir (yəni təkrar yazılmalıdır). Bizim əlifbadakı 7 hərf latın hərfi olmadığına görə vəsiqələrimizdə bu hərflər olacağı təqdirdə həmin vəsiqə Konvensiyaya uyğun sayılmayacaq, çünki bizim vəsiqələrdə belə sözlər təkrarlanmır".

İkinci qüsur vəzisəqədəki məlumat sıralaması ilə bağlıdır: "Konvensiyanın 6 saylı əlavəsi 2004-cü ildə yeni redaksiyada verilib və həmin yeni redaksiya 2011-ci ildə qüvvəyə minib. Yeni redaksiyada vəsiqədə məlumatların bəndlər üzrə sıralanması da bizim vəsiqələrdə pozulub. Həmin sıralamanın pozulması da vəsiqələrimizi xarici ölkələrdə yararsız hesab edir".

Hüquqşünas qeyd edib ki, düzdür, bəzi ölkələrdə bunun fərqinə xüsusi varmırlar, amma elə ölkələr var ki, orada qanunvericiliyin bir hərfində də güzəşt etmirlər, ona görə də bizim vətəndaşlar problemlə üzləşirlər.