Keçmiş polis rəisi məhkəmədə özünü təqsirli bilmədi


Digərləri 04 Apr 2018 13:00:00 308 0

Keçmiş polis rəisi məhkəmədə özünü təqsirli bilmədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun dələduzluqda təqsirləndirilən sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən F. Məmmədxanov özünü təqsirli bilməyib.