“Youtube” qızımın pulunu ödəmirdi FOTO


Dünya 04 Apr 2018 12:57:00 262 0

“Youtube” qızımın pulunu ödəmirdi  FOTO

"Youtube"un baş ofisində intihar edən cənubi azərbaycanlı Nasim Aghdamın atası qızı haqqında "Bay Area News Group"a danışıb.

Son.az oxu.az-a istinadən bildirir ki, 39 yaşlı Nasim "Google"a aid olan binaya günorta saatlarında gəlib.

Ofisin yaxınlığından 20 dəfə atəş açan qadın bir kişi və iki qadın yaralayıb.

Atasının dediyinə görə, özünü veqan sənətçi, məşqçi və heyvan haqları müdafiəçisi kimi tanıdan Nasim tez-tez paylaşımlarının senzuraya məruz qalması və bloklanmasına görə ofisə hücum edib.

Aghdamın daha öncə xeyli baxış sayı toplayan "Youtube" kanalının tənzimlənmələr və silinmələrdən sonra aktivliyini azalıb.

2011-ci ilədək "Nasim Wonder1" adı ilə videolar paylaşan qadının 2017-ci ilin yanvarında videolarının filtrlənməsi onu özündən çıxarıb.

Dəfələrlə şirkətə şikayət edən Nasim videolarına gələn yaş qadağasını heç cür qəbul etmirmiş.

Həmçinin, videolarına görə şirkətin ona pul ödəməməsi Aghdamı özündən çıxarıb.


Xəbərə aid fotolar