DİQQƏT! Sosial şəbəkələrdə söyüş söyənlər cəzalanacaq VİDEO FOTO


Digərləri 04 Apr 2018 12:45:00 334 0

DİQQƏT! Sosial şəbəkələrdə söyüş söyənlər cəzalanacaq  VİDEO  FOTO

ARB TV-nin "Günə doğru" verilişində sosial şəbəkələrdə təhqir edən şəxslər barədə maraqlı sujet yayımlanıb.

Son.az bildirir ki, gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Amma son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplum səyifələrdə paylaşımlara söyüş və təhqiramiz fikirlər, şərhlər yazılır.

Sakin: "Təhqirlə cavab verənlərin çoxu sosial şəbəkələrdə boş-boşuna vaxt keçirənlərdir. Hər bir insanın şəxsi fikrinə hörmət etmək lazımdır".

Bu kimi ifadələr daha çox bloggerlərin ünvanına səsləndirilir. Blogger Zöhrab Süleyman əksər insanın tənqidlə təhqiri ayırd edə bilməməsinin başlıca problem olduğu qənaətindədir.

Zöhrab Süleyman (Blogger): "Bəzi insanların sosial şəbəkələrdə milli mənəvi dəyərləri söyüşdən asılıdır. Çox absurd fikirdir. Bir paylaşıma müsbət və mənfi rəylər də yazılır. Çox vaxt isə mənfi rəylər üstələyir".

Milli Məclisin son plenar iclasında deputatlar da sosial şəbəkələrin nəzarətdə saxlanılmalı və bunun üçün xüsusi mexanizmə ehtiyac olduğunu bildiriblər.

Millət vəkilləri şərəf və ləyaqəti alçaldıcı ifadələri yayanlara qarşı daha sərt cəzanı vacib sayır. Baxmayaraq ki, bir neçə il öncə qanuna edilən dəyişikliklə təhqirə yol verən, saxta profillərlə nalayiq statuslar yazanların cəzası da məyyən edilib.


Xəbərə aid fotolar